Bazar ertəsi , 17 İyun 2024
Drone Cameras

“Onları cəbhəyə göndərən anaların əllərindən öpürəm” – Türkiyə Prezidenti

“Qarabağı 30 illik həsrətdən sonra ana Vətənə qovuşduran Azərbaycan Ordusunun mənsublarını təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm. 20 Yanvarda şəhidlərin qəbirlərinə qoyulan qərənfillər necə müstəqilliyi xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas xarıbülbül Azərbaycan ərazilərinin azadlığının simvoluna çevrilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

“Azərbaycanın həm hərbi, həm diplomatik sahədə əldə etdiyi bu uğurda ən böyük pay sahiblərindən biri, şübhəsiz ki, qardaşlarımdan biri cənab Preizdent İlham Əliyevə aiddir”, – o bildirib.

Check Also

COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib

COP29 Könüllülük Proqramının üzvlərinin iştirakı ilə Şıx çimərliyində sahil boyu “Cleanmob” təmizlik aksiyası təşkil edilib. …