Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Oqtay Əsədovdan deputatın qiymət artımı çıxışına etiraz- “QİYMƏTİ QALDIRAN BAŞQA ÖLKƏDƏN GƏLMƏYİB”

“Rayonlarda tez-tez insanlarla görüş keçiririk. Onlar mənə bir sual verirlər ki, ölkəmizdə istehsal olunan məhsulların qiymətləri xaricdən gətirilən məhsulların qiymətlərindən niyə bahadır?”.
 
Boyukmillet.com xəbər verir ki, bunu deputat Çingiz Qənizadə Milli Məclisdə deyib.
 
Onun sözlərinə görə, son vaxtlar manatın dəyəri 4 faiz yükslib: “Bəs nəyə görə yağın qiyməti 18 manata çatıb? Dünən özüm də mağazaya girdim, bəzi yağların qiymətinin 18 manata çatdığını gördüm. İnsanları narazı salmaq olmaz. Sahibkarlar bunu nəzərə almalıdır. Eyni zamanda, ətin də qiyməti qalxır. Antiinhisar Komitəsi tərəfindən qiymətlərin tənzimlənməsinə ehtiyac var”.
 
Spiker deputatın çıxışına belə reaksiya verib : “Qiyməti qaldıran başqa ölkədən bura kəşfiyyatçı gəlməyib ki. Onlar da öz vətəndaşlarımızdır”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir