Martın 10-u axşam saatlarından başlayaraq muxtar respublikada da yağıntılı hava şəraiti müşahidə olunur. Muxtar respublikanın rayonlarının dağlıq və dağətəyi kəndlərinə, o cümlədən paytaxt Naxçıvan şəhərinə qar, digər rayonlara isə intensiv yağış yağıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ən çox qar Ordubad rayonunun Nürgüt kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 40 santimetrə çatır. Qarın qalınlığının Şahbuz rayonunun Kükü kəndində 37 santimetr, Biçənək kəndində 29 santimetr, Culfa rayonunun Ərəfsə kəndində 4 santimetr və Ordubad rayonunun Ağdərə qəsəbəsində isə 24 santimetrə qədər olduğu bildirilir.
Check Also
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur
Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmək məqsədi ilə hərbi hissələrdə müxtəlif xarakterli tədbirlər keçirilir. …