Azğınlaşmış ermənilərin müxtəlif ölkələrdə soydaşlarımıza qarşı vandallığa yol verdiyi, hücumlar təşkil etdiyi bir vaxtda adı və soyadı azərbaycanlı olan jurnalist Sevinc Osmanqızı rəsmi Bakını təxribat törətməkdə ittiham edən, xarici ölkələrdə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirənləri “vətənşüvən” adlandıran və düşməni müdafiə edən fikirlər səsləndirir.
Özünü qəsdən korluğa vurmuş bu başabəla jurnalist utanmadan iddia edir ki, guya bu gün xarici ölkələrdə ermənilərlə bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir. Xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrdəki səfirliklərimizi ermənilərin hücumlarından və təxribatlarından qorumaq üçün toplaşmaqları təkcə erməniləri deyil, erməni təfəkkürlü Sevinc Osmanqızını da qəzəbləndirir. Və “onlar nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” – sualını verən bu antimilli jurnalist nədənsə, ASALA terror təşkilatının adı yazılmış paltarlar geyinən gənc erməni daşnaklarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin binalarına təşkil etdiyi hücumları görməzdən gəlir.
S.Osmanqızının “Mən yenə də davanı kimin birinci başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil” sözləri Azərbaycan əleyhinə qərəzli, böhtançı kampaniya aparan ermənilərin əlinə göydəndüşmə oldu. İndi ermənilər bu axmaq qadının özü kimi axmaq fikirlərindən bizim əleyhimizə eninə-uzununa istifadə edəcəklər. Sapı özümüzdən olan bir balta bu açıqlamaları ilə fürsətçi ermənilərə əsl bayram keyfi yaşatmış oldu.
Sevinc Osmanqızı kimi varlıqlar öz atasından və millətindən bixəbər olanlardır. Öz şəhid atasına sosial şəbəkə istifadəçiləri tərəfindən “Osmanyan” deyilməsinə baiskar olan və bu cür antimilli fikirlər səsləndirən bir jurnalistin özünü nə Osman Mirzəyevin qızı, nədəki azərbaycanlı adlandırılmağa mənəvi haqqı yoxdur. Ruhən erməni olan bu cür formal “azərbaycanlı”lar ümumiyyətlə azərbaycanlılıqdan məhrum edilməlidirlər.
Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri