Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ötən gün Azərbaycanda 15 kq-dan çox narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının yanvarın 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 15 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlər zamanı narkotik vasitələr, 14 kiloqram 150 qram marixuana, 227 qramdan çox heroin, 530 qram tiryək, 530 qrama yaxın metamfetamin və 202 ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …