Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Ötən gün reanimasiyaya yerləşdirilən vəkil Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb

Ötən gün səhhəti ilə bağlı reanimasiyaya yerləşdirilən vəkil Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü 1951-ci il təvəllüdlü Mustafayev Əsabəli Qurban oğlu 17.08.2024-cü il tarixində saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına hospitalizasiya olunub:

“Törədicisi dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulan Ə. Mustafayev ağır vəziyyətdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və vəziyyəti stabilləşdikdən sonra 21.08.2024-cü il tarixində Terapiya şöbəsinə köçürülüb”.

Mərkəzdən bildirilib ki, müalicə tədbirləri davam etdirilir.

Check Also

Sel Ağsuda can aldı

Güclü yağış nəticəsində ekskavatora sığınan 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb Ağsunun Kalva kəndində …