Cümə , 3 May 2024
Drone Cameras

Ötən il Türkiyədən Azərbaycana məhsul ixracı 8 %-dən çox artıb

Ötən il Türkiyədən Azərbaycana 2 milyard 407 milyon 984 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Boyukmillet.com Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 8,5 % çoxdur. Belə ki, 2022-ci ildə Türkiyədən ölkəmizə 2 milyard 218 milyon 550 min ABŞ dolları dəyərində məhsul gətirilib.

Həmçinin 2023-cü ilin dekabr ayında Azərbaycan qardaş ölkədən 357 milyon 728 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 65,1 % artım deməkdir.

Check Also

Cahit Bağçı: “TDT-ya üzv ölkələrin ticarət dövriyyəsi 42 milyard ABŞ dolları dəyərindədir”

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrinin ticarət dövriyyəsinin ümumi həcmi 42 milyard ABŞ dolları dəyərindədir və …