Bazar , 19 May 2024
Drone Cameras

Özbəkistan Prezidenti 300-dən çox məhbusu əfv edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Konstitusiyanın qəbulunun 31-ci ildönümü ilə əlaqədar bir qrup şəxsin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu sənədlə Özbəkistanda 334 nəfər əfv edilib.

Onlardan 34 nəfər əsas cəzanı çəkməkdən tam, 249 nəfər şərti olaraq cəza çəkməkdən azad edilib, 6 nəfərə təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilib. Bundan başqa, 45 nəfərin cəza müddəti azaldılıb.

Əfv olunanlar arasında 18-i xarici ölkə vətəndaşı, 23-ü qadın, 15-i 60 yaşdan yuxarı şəxs, 88-i isə qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak etmiş şəxslərdir.

Check Also

Hakan Fidan Pakistana gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 19-da Pakistana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir …