Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Özbəkistanda “Şuşa günləri” keçiriləcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində cari ilin 11-12 aprel tarixlərində Özbəkistanda “Şuşa günləri” keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Açılış mərasimi 11 aprel saat 11.00-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq. Qeyd edək ki, Azərbaycandan gələn muğam ustalarının konsert proqramı təqdim olunacaqdır.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …