Cümə , 26 Aprel 2024
Drone Cameras

Pakistan beynəlxalq ictimaiyyətə çağırış etdi – Hindistanın Kəşmirdə yaxınlaşan soyqırımının qarşısını alın…


Pakistan Baş naziri İmran Xan, Hindistanın işğal etdiyi Kəşmirdə gözlənilən soyqırım təhlükəsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti lazımi tədbirlər görməyə çağırıb.

boyukmillet.com xəbər verir ki, İmran Xan sosial media hesabında yaydığı açıqlamada Hindistan hökumətinin Kəşmir xalqını bütün hüquq və azadlıqlardan məhrum etdiyini vurğulayıb.

Xan, milyonlarla kəşmirlinin Hindistanın işğalı, təcavüzü və zorakılığı ilə qarşı-qarşıya olduğunu, Hindistan işğalçı qüvvələrinin Qurban Bayramı da daxil olmaqla bölgə xalqının ibadətlərinə maneçilik törətdiyini bildirib.

İmran Xan beynəlxalq ictimaiyyətə səslənərək bildirib: “Dünya Hindistanın işğalı altındakı Kəşmirdə yaxınlaşan soyqırım təhlükəsinin qarşısını almaq üçün hərəkətə keçməlidir”.

Qeyd edək ki, avqustun 5-də Hindistan Cammu Kəşmirin xüsusi statusunu konstitusiyanın 370-ci maddəsini ləğv edərək əlindən alıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …