Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Parisdə etirazçılar Makronun istefasını tələb edirlər

Hökumətin artıq qəbul etdiyi pensiya islahatına qarşı onuncu ümummilli tətil fonunda həmkarlar ittifaqlarının çağırışı ilə Parisdə başladılmış aksiyada on minlərlə insan iştirak edir.

Boyukmillet.com xəbər verir ki, nümayişçilər “Pensiyalarımıza toxunma”, “Makron, get” şüarları səsləndirirlər.

Nümayişçilərin Respublika meydanından başlayan yürüşü Millət meydanınadək davam edəcək. Onlar hökumətin həmkarlar ittifaqlarının etirazlarına, əhalinin narazılığına, deputatların dəstəyinin olmamasına məhəl qoymadan islahatı zorla həyata keçirməsinə etiraz edirlər.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …