Şənbə , 20 Aprel 2024
Drone Cameras

Partiya sədrinin Mədəniyyət naziri vəzifəsinə namizədliyi təklif edildi

Baxıram indi hamı Mədəniyyət naziri postuna namizəd axtarır və ya öz namizədini irəli sürür. Mən isə ölkəmizin Mədəniyyət naziri postuna Qarabağ qazisi, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahıb Hüseynovun namizədliyini təklif edirəm. Zənnimcə, heç də hər insan Mədəniyyət naziri ola bilməz. Bunu Əbülfəz Qarayev təcrübəsindən də gördük. Əlisahib Hüseynov isə milləti və dövləti hədsiz məhəbbətlə sevən vətənpərvər bir ziyalıdır. Əlisahib Hüseynov partiya sədri olaraq indiyə qədər bir çox mədəniyyət adamlarına xüsusi diqqət və qayğı ilə yanaşıb. Düşünürəm ki, özünü ədəbiyyat və mədəniyyət adamlarının dostu və hamisi kimi tanıtmış Əlisahib Hüseynov nazir görəvində də həm Prezident İlham Əliyevin etimadını, həm də mədəniyyət sferasının bütün nümayəndələrinin ümidlərini doğruldacaq. Əbülfəz Qarayevin bərbad günə qoyduğu mədəniyyət sahəsinin dirçəldilməsi üçün təklif etdiyim namizəddə kifayət qədər bacarıq, savad və potensial vardır. Odur ki, mən təkcə öz adımdan deyıl, həm də təmsil olunduğum Demokratik Azərbaycan Dünyası Partiyasının çoxsaylı üzvləri adından, ziyalılarımız adından cənab Prezidentə müraciət edərək Hüseynov Əlisahib Vəli oğlunun Azərbaycan Respublikası Mədəniyyət naziri vəzifəsinə təyin edilməsini təklif edirəm. Mədəniyyətimizi terrora məruz qoymuş bir şəxsi fədakar və milli ruhlu bir ziyalının əvəz etməsinin tam zamanıdır.

Telman Mirzəyev

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …