Cümə axşamı , 15 May 2025
Drone Cameras

Partiya sədrinin müavini istefa verdi

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov partiyadan və tutduğu vəzifədən istefa verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb:

“Əziz dostlar, hörmətli media nümayəndələri.

Nəzərinizə çatdırıram ki, bu gün Ana Vətən Partiyasından istefa ilə bağlı qərar verdim. İstefamın səbəbi bundan sonra heç bir təşkilatın nizamnaməsi ilə məhdudlaşmayan, müstəqil siyasətçi olaraq fəaliyyətimi davam etdirmək niyyətimdir. Necə deyərlər, dövlətə xidmətin ünvanı olmaz. 31 oktyabr 2022-ci il tarixdə istefa ərizəmi partiyanın sədri, millət vəkili Fəzail Ağamalıya rəsmən təqdim edəcəm.

Müqəddəs Azərbaycan Dövləti və Dövlətçilik uğrunda mübarizəmi bundan belə daha da gücləndirəcəm. Bundan sonra da siyasi kursunu doğru saydığım, yolunu öz yolum hesab etdiyim Prezidentimiz, Müzəffər Ali Baş komandan İlham Əliyevin yürütdüyü xətti qətiyyətlə müdafiə edəcəm.

Əziz Ana Vətənçilərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram.
Hörmətlə, Arzuman Abdulkərimov – “Hilal” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri. Politoloq”.

Check Also

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. …