Cümə , 5 Dekabr 2025
Drone Cameras

Paşinyan Bakı ilə sülh və “Tramp marşrutu”ndan DANIŞDI

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ABŞ ilə “Tramp marşrutu” adlandırılan təşəbbüs çərçivəsində fəal şəkildə əməkdaşlıq apardığını bildirib.

Boyukmillet.com -un xəbərinə görə, Paşinyan çıxışı zamanı regionda sülh prosesinə də toxunaraq qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq artıq mövcuddur.

“Biz qəbul etməliyik ki, sülh bizim üçün yeni və fərqli bir anlayışdır. Ermənistan müstəqillik əldə etdiyi ilk gündən münaqişə şəraitində yaşayıb. Sülh şəraitinə uyğun düşüncə və davranış formalaşdırmaq isə asan məsələ deyil,” – deyə, o vurğulayıb.

Baş nazir əlavə edib ki, sülhün qorunması və möhkəmləndirilməsi Ermənistan hökumətinin əsas prioritetlərindən biridir.

Onun sözlərinə görə, “Tramp marşrutu” üzrə ABŞ-la aparılan danışıqlar da məhz bölgədə uzunmüddətli sabitliyin təmin edilməsinə yönəlib.

Check Also

Türkiyədə avtobusun aşması nəticəsində iki nəfər ölüb, 21 sərnişin yaralanıb

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, …