Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Paşinyan: “Ermənistan ilin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün hər şeyi edəcək”

“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var. Bu variantlardan biri bütün mümkün məsələləri konkretləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir növ çərçivə sazişi ola bilər.

“Həmçinin vurğulamaq çox vacibdir və beynəlxalq ictimaiyyət bundan xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”, – o əlavə edib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …