Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Paşinyan Ermənistanın gerbini tənqid edib

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur.

Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə parlamentin iclasında bildirib.

“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir – Qeyd) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var? O nə danışır?”, – deyə o bildirib.

Paşinyan qeyd edib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında görmək olar.

Baş nazir gerbdə uzun müddətdir Ermənistanın təbii şəraitində yaşamayan aslan təsvir olunmasına da diqqət çəkib: “Müzakirə etdiyimiz bu problem əslində ikililiyə aiddir. Və hər birimizdə var”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …