Ermənistan NATO ilə alyansa daxil olmaq imkanını müzakirə etməyib və etmir.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində söyləyib.
“Bu bizim müzakirə etmiş olduğumuz və ya müzakirə etdiyimiz məsələ deyil”, – o bildirib və əlavə edib ki, KTMT-də üzvlüyün saxlanılması məsələsi müzakirəyə açıq sayıla bilər.
“Ölkədə müdafiə alyanslarına üzvlük strategiyasının Ermənistanın uzunmüddətli maraqlarına uyğun olub-olmaması və nə dərəcədə uyğun olması ilə bağlı müəyyən diskussiyalar gedir”, – Paşinyan əlavə edib.
Xatırladaq ki, 2023-cü ilin sentyabrın 3-də Ermənistanın Baş naziri Nikol Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində ölkə təhlükəsizliyi məsələsində sadəcə Rusiyaya arxalanmağın strateji səhv olduğunu etiraf edərək Moskvanın sözügedən sahədə İrəvanın ehtiyaclarını təmin etmədiyini vurğulayıb.