Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Paşinyan Qırğızıstana getməkdən İMTİNA ETDİ – SƏBƏB

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Avrasiya Hökumətlərarası Şurasının avqustun 14-15-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək iclasında iştirak etməyəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib.

Onun sözlərinə görə, Paşinyanın tədbirə qatılmamasının səbəbi onun avqustun 12-dən 15-dək məzuniyyətdə olmasıdır.

İclasda Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək. Toplantıda Aİİ çərçivəsində birja ticarətinin inkişaf proqramı, üzv dövlətlərin 2024-2026-cı illər üçün nəqliyyat siyasəti, dərman və tibbi məhsulların ümumi bazarının inkişaf konsepsiyası və digər məsələlər müzakirə ediləcək.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …