Bazar , 11 Yanvar 2026
Drone Cameras

Paşinyan Ter-Petrosyanın katolikosla görüşünə reaksiya verib: Özü kimi fırıldaqçını dəstəkləyir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın Bütün Ermənilərin Katolikosu II Qareginə hökumətlə gərginlik fonunda dəstəyini şərh edib.

Boyukmillet.com xəbər verir ki, Paşinyan müvafiq paylaşımı öz teleqram kanalında edib.

“Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, əlbəttə ki, özü kimi populist-fırıldaqçı və dələduzu dəstəkləməlidir”, – o yazıb.

Qeyd edək ki, iyunun 7-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan II Qareginlə görüşüb və ona dəstəyini ifadə edib, eyni zamanda “Ermənistan hakimiyyətinin 1700 illik kilsəyə qarşı antikonstitusion qəsdlərini” pisləyib.

May ayının sonunda Paşinyan və həyat yoldaşı Anna Akopyan feysbuk səhifələrində Erməni Apostol Kilsəsinin (EAK) nümayəndələrinə qarşı kəskin təhqiramiz bəyanatlarla çıxış ediblər.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …