Cümə , 5 Dekabr 2025
Drone Cameras

Paşinyandan təxribatçı açıqlama: “Çar xəritələrində Azərbaycan yoxdur”

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Azərbaycanla münasibətlər və “əsir ermənilər” (erməni terrorçular – red.) məsələsi barədə açıqlama verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

O, hökumətin bu istiqamətdə gündəlik iş apardığını və məsələ ilə bağlı “cavabın artıq hazır olduğunu” qeyd edib:

“Bizim əsir düşən həmvətənlərimizlə (erməni terrorçuları nəzərdə tutur – red.) bağlı cavabımız var. Hökumət bu istiqamətdə hər gün çalışır. Əminəm ki, Ermənistanla Azərbaycan arasında mühit nə qədər əlverişli olsa, bu məsələ bir o qədər asan həll olunacaq”.

Paşinyanın sözlərinə görə, sülh prosesi tək bir mərhələ deyil və bütün məsələlərin yalnız sülh sazişindən sonra həll ediləcəyi düşüncəsi doğru deyil:

“Bütün məsələləri həll edib sonra sülh sazişi imzalanacağına inanmaq düzgün deyil. Biz indi sülhün müəyyən mərhələsinə çatmışıq və bu, dinamik prosesdir. Biz elə çevik yanaşmalar göstəririk ki, həmin an Ermənistanın dövlət maraqlarına maksimum uyğun gəlsin”.

Nikol Paşinyan növbəti dəfə tarixə zidd və təxribat xarakterli bəyanatla çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Göyçə gölü ilə bağlı açıqlamasına cavab verərkən belə deyib:

“Cənab İlham Əliyev dedi ki, çar Rusiyası dövrünün xəritələrində Sevan adı yoxdur, başqa ad var. Mən isə cavab verirəm: həmin xəritələrdə Ermənistan var, amma Azərbaycan yoxdur. Bəs bu nə deməkdir?”

Check Also

Türkiyədə avtobusun aşması nəticəsində iki nəfər ölüb, 21 sərnişin yaralanıb

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, …