Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Paytaxtda ata və oğlu yol qəzasında xəsarət alıb

Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb.

“Boyukmillet.com”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Ağ Şəhər yaxınlığında 1984-cü il təvəllüdlü Kərimov Elgün Arif oğlunun idarə etdiyi minik avtomobili qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza zamanı E.Kərimov və oğlu, 2014-cü il təvəllüdlü Kərimli Altay Elgün oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı E.Kərimova kəllə-beyin travması, A.Kərimliyə isə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bu da “dostlarımız”ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı…

İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə “DUR” deyib də, …