Bazar , 19 May 2024
Drone Cameras

Pekində yüksək təhlükə səviyyəsi elan edildi

Çin paytaxtının hakimiyyət orqanları şəhərin bəzi rayonlarında təbii fəlakət riski ilə bağlı yüksək (“qırmızı”) təhlükə səviyyəsi elan edib. Həmin rayonlarda torpaq sürüşmələri və çökmə riski mövcuddur.

Boyukmillet.com xəbər verir ki, Pekin meteorologiya idarəsinin Veibo sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi məlumata görə, avqustun 6-sı günortayadək qüvvədə qalacaq xəbərdarlıq ilk növbədə paytaxtın daha çox yağıntı düşmüş qərb və şimal rayonlarına şamil edilir. Bundan başqa, cənub istiqamətindəki Fentay rayonu da risk bölgəsinə daxildir.

Qeyd edək ki, Pekin iyulun 29-dan avqustun 1-dək son 140 il ərzində misli görünməmiş leysan yağışlarının təsirinə məruz qalıb. Paytaxtın bəzi rayonlarına rekord həcmdə – 740 millimetr yağıntı düşüb. Daşqınlar şəhərin qərb və şimal hissələrinə böyük zərər vurub. Təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 127 min nəfər isə təxliyə edilib.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …