Çərşənbə , 29 May 2024
Drone Cameras

Pentaqon: Rusiya çatışmazlıq səbəbindən İran və KXDR-dən raket istəyir

Kreml öz döyüş başlıqları və pilotsuz uçuş aparatlarının çatışmazlığı ilə üzləşdiyi üçün İran və Şimali Koreyadan raketlər istəməyə davam edir.

Boyukmillet.com  xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal deyib.

Bu baxımdan ABŞ Moskvanın Tehran və Pxenyanla münasibətlərinin dərinləşməsini gözləyir.

“Açq desək, bu, Rusiyanın çarəsizliyinə işarədir ki, onlar İran və Şimali Koreyaya üz tuturlar. Aviasiyaya gəlincə, hesab edirəm ki, biz İran və Rusiya Federasiyasının münasibətlərini dərinləşdirməsini gözləməliyik. Çünki Rusiya çatışmayan silahları əldə etmək üçün getdikcə daha çox başqa ölkələrin köməyinə arxalanacaq”, – Pentaqon təmsilçisi bildirib.

Öz növbəsində, ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib ki, Birləşmiş Ştatlar Rusiya-İran münasibətlərindən narahatdır. Vaşinqton rəsmi Kremlin özünün raket istehsalı ilə bağlı gördüyü hər şeyi izləyəcək və sanksiyalar tətbiq edəcək.

Check Also

Xarkovda supermarketə zərbə nəticəsində ondan çox insan ölüb

“Bu, Rusiya dəliliyinin növbəti təzahürüdür” Rusiya qüvvələrinin Ukraynanın şimalında yerləşən Xarkov şəhərində supermarketə raket zərbəsi …