Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Pentaqon: Türkiyə ilə diplomatik mübahisələr hərbi əməkdaşlığa toxunmur

ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, diplomatik sahədə ABŞ və Türkiyə arasında yaranmış problemlər hərbi əməkdaşlığa zərər vurmur.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

“Bu ölkə NATO üzrə müttəfiqdir. Biz vahid düşmənə qarşı ümumi mövqe tutmaq üçün gərgin iş aparacağıq. Hərbçilərin xətti ilə birgə yaxşı işləyəcəyik”, – deyə o qeyd edib.

O, həmçinin qeyd edib ki, ötən ildə də iki ölkə arasında diplomatik fikir ayrılıqları yaranıb. Lakin bu, ABŞ və Türkiyənin hərbi əməkdaşlığına təsir göstərməyib.

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsindən sonra bu ölkənin Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarına qeyri-immiqrant vizaların verilməsinin dayandırlılmasına dair qərar verib. Bundan dərhal sonra Türkiyənin ABŞ-dakı səfirliyi də analoji addım atması ilə bağlı qərarını açıqlayıb.  

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir