Şənbə , 28 Mart 2026
Drone Cameras

Pentaqonun sənədlərini sızdıran şəxs xüsusi rabitə şəbəkəsinin təminatı ilə məşğul olub

Pentaqonun məxfi sənədlərini sızdırmaqda ittiham olunan Cek Daqas Teyşeyra xüsusi rabitə şəbəkəsinin təminatı ilə məşğul olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən CNN məlumat yayıb.

Qeyd olunub ki, şübhəli şəxsin vəzifə səlahiyyətlərinə məxfi sənədlərlə işləmək və ya onların hazırlanıb yuxarı rütbəli zabitlərə verilməsi daxil olmayıb. Teyşeyra gizli sənədlərin yayıldığı xüsusi rabitə şəbəkəsinin fəaliyyətinə cavabdeh olub.

Gizli sənədlərin ötürülməsi zamanı ona müvafiq icazə verilib. Gənc bu fürsətdən istifadə edərək, maraqlandıran sənədləri kompüterinə yükləyib.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …