Cümə axşamı , 8 Oktyabr 2026
Drone Cameras

Pezeşkiandan Azərbaycanla bağlı diqqətçəkən AÇIQLAMA

İranın Xoy şəhərində böyük sufi şairi və mütəfəkkiri Şəms Təbrizinin xatirəsinə ucaldılmış abidənin və onun adını daşıyan mədəniyyət kompleksinin açılışı olub.

Boyukmillet.com xəbər verir ki, açılış mərasimində çıxış edən İran Prezidenti Məsud Pezeşkian Şəms Təbrizi kompleksi və məqbərəsinin tədqiqat, dialoq, eləcə də mistik təfəkkür irsinin araşdırılması üçün beynəlxalq mərkəzə çevrilə biləcəyini bildirib.

Pezeşkian Şəms Təbrizinin adını Azərbaycanla İran, eləcə də mənəviyyat, hikmət və humanizm dəyərləri arasındakı əlaqənin simvollarından biri kimi dəyərləndirib.

Prezidentin sözlərinə görə, Xoy şəhəri Şəms Təbrizi və Cəlaləddin Ruminin irsini araşdıran alimlər üçün beynəlxalq əhəmiyyətli elmi və mədəni mərkəzə çevrilmək potensialına malikdir.

Check Also

Tehrandan Vaşinqtona DƏHŞƏTLİ İDDİA: “İran ABŞ-nin 81 hərbi təyyarəsini məhv edib”

İranın Xarici İşlər Naziri Abbas Əraqçi sosial şəbəkə hesabında Birləşmiş Ştatların hərbi itkiləri ilə bağlı …