Cümə axşamı , 8 Oktyabr 2026
Drone Cameras

Tehrandan Vaşinqtona DƏHŞƏTLİ İDDİA: “İran ABŞ-nin 81 hərbi təyyarəsini məhv edib”

İranın Xarici İşlər Naziri Abbas Əraqçi sosial şəbəkə hesabında Birləşmiş Ştatların hərbi itkiləri ilə bağlı qalmaqallı bəyanatla çıxış edib.

Boyukmillet.com xəbər verir ki, diplomat ABŞ Konqresinin Tədqiqat Xidmətinin (CRS) hesabatlarına istinadən İran Silahlı Qüvvələrinin vurub sıradan çıxardığı ABŞ hərbi təyyarələrinin sayının 81-ə çatdığını iddia edib.

Əraqçi paylaşımında bildirib: “May ayında ABŞ Konqresinin Tədqiqat Xidməti İran Silahlı Qüvvələrinin 42 ABŞ hərbi təyyarəsini məhv etdiyini etiraf etmişdi. İndi isə bu rəqəm 81-ə yüksəlib. Lakin reallıqda ABŞ-nin verdiyi hərbi itkilər elan ediləndən dəfələrlə çoxdur. Bunun sübutu odur ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hətta fəaliyyətdə olan senatorta belə ‘tam qaydasında’ olduğu iddia edilən hərbi bazalarda baxış keçirməyə icazə vermir. Bütün insanları yalnız müəyyən müddətə aldatmaq mümkündür…”

İran XİN rəhbəri əlavə edib ki, Vaşinqton real itkilərinin miqyasını ictimaiyyətdən gizlətməyə çalışsa da, münaqişə zonalarındakı faktiki vəziyyət Birləşmiş Ştatların ciddi hava dəstəyi itkisinə uğradığını göstərir.

Check Also

İraq neftinin Suriya ərazisi ilə daşınmasına başlanır

Suriya hökuməti tezliklə İraq neftinin Hörmüz boğazından kənar marşrutla nəqli üçün quru yolu ilə tranzit …