Suriya hökuməti tezliklə İraq neftinin Hörmüz boğazından kənar marşrutla nəqli üçün quru yolu ilə tranzit marşrutu barədə Bağdadla müqavilə imzalayacaq.
Boyukmillet.com xəbər verir ki, məlumatı dövlətə məxsus Suriya Neft Şirkətinin baş direktoru Yusif Kiblavi Bloomberg-ə verdiyi müsahibədə açıqlayıb: “Mən İraq neftinin Suriya vasitəsilə yük maşını ilə ixracının tezliklə başlayacağını gözləyirəm; iki hökumət arasında razılaşma demək olar ki, bağlanıb”.
Kiblavi “ilk neft yük maşınları karvanının oktyabrın ortalarına qədər Suriyaya çatacağına” ümid etdiyini bildirib.
Xatırladaq ki, avqustun 29-da İraqın Baş naziri Əli əl-Zeydi müvafiq qurumlara Suriyanın Banias limanı və Liviyanın Aralıq dənizi sahilindəki Tripoli limanı vasitəsilə neft tədarükünün bərpası layihələrinin inkişafını sürətləndirmək tapşırığı verib. O, vurğulayıb ki, İraq hökuməti “respublikanın ixrac potensialını əhəmiyyətli dərəcədə artırmağa çalışır”.
Qeyd edək ki, İran İraq neftinin Hörmüzlə keçidinə mane olmayacağını açıqlayıb. Lakin ABŞ müəyyən edib ki, İraq nefti adı ilə İranın öz nefti daşınır. Buna görə də İraqda bir neçə şirkətə qarşı sanksiya tətbiq olunub.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
