Çərşənbə , 7 Oktyabr 2026
Drone Cameras

Qalmaqalda adı hallanan bağçanın müdiri işdən çıxarıldı

Bakıda 98 saylı uşaq bağçasının müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Bakının Yasamal rayonundakı 98 saylı uşaq bağçasına gedən azyaşlının qanında psixotrop dərman aşkarlanması ilə bağlı iddialar yayılıb. Uşağın səhhətində və davranışında dəyişiklik müşahidə edildikdən sonra ailəsi həkimə müraciət edib və analiz nəticələrinə əsasən belə maddənin aşkarlandığı iddia olunub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərlə görüşüb və faktın obyektiv araşdırılması üçün DİN və Baş Prokurorluğa rəsmi müraciətlər göndərib. Hazırda məsələni hüquq-mühafizə orqanları araşdırır.

Check Also

CHP-ni sarsıdan həbs dalğası: Bələdiyyələrdə ƏMƏLİYYAT BAŞLADI – 50-yə yaxın şəxs SAXLANILDI

Türkiyənin İzmir vilayətinin Bayraqlı Bələdiyyəsində korrupsiya və dövlətə ziyan vurulması iddiaları üzrə aparılan təhqiqat çərçivəsində …