Bazar , 8 Fevral 2026
Drone Cameras

Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib – FOTO

Xocalı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Qeyd edilən ərazi məişət tullantılarından təmizlənib, bu istiqamətdə tədbirlər davam etdirilir.

“Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır”.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …