Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Polşada ABŞ və NATO hərbçilərinin yerləşdirilməsi üçün baza tikilib

Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyevodalığının Sventoşuv kəndində ABŞ hərbçilərinin yerləşdirilməsi üçün müvəqqəti hərbi baza açılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə PAP agentliyinə Polşa ordusunun briqada generalı Dariuş Mendrala bildirib.

“Baza həm də tədarükün sürətli toplanması və qəbulu, taktiki toplanış zonasına keçməzdən əvvəl hərbi texnikanın qurulması üçün nəzərdə tutulacaq”, – general qeyd edib.

Bazada minə qədər ABŞ və NATO müttəfiqlərindən olan hərbçilərin yerləşdiriləcəyi vurğulanır.

Xatırladaq ki, mayın ortalarında Krakov-Balitse Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin “Miron Camp” düşərgəsi açılıb. O, ABŞ xüsusi təyinatlılarının Avropadakı ən şərq bazasıdır. Ümumilikdə Polşada 10 mindən çox ABŞ hərbçisi yerləşdirilib.

Check Also

ABŞ hərbi bazalarını avtonom fəaliyyətə hazırlayır

ABŞ Müdafiə Nazirliyi ölkə ərazisindəki hərbi bazaları mümkün böyük münaqişə şəraitində ən azı 90 gün …