Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Prezidentə 5 gün vaxt verildi – Ukraynada gərginlik

 

Ukrayna Ali Radası qarşısında keçirilən xalq məclisi iştirakçıları yeni tələblər irəli sürüb.

Onlar Prezident Petro Poroşenkodan 5 iş günü ərzində parlamentə impiçment haqqında qanun layihəsi göndərməyi tələb ediblər.

“Cənab prezident, bu qanun layihəsi konkret olaraq, sizə aid deyil. Bu, Ukrayna xalqına aiddir. Əgər tələbuimiz yerinə yetirilməsə, biz nəyə qadir olduğumuzu göstərəcəyik. Bizi buna məcbur etməyin. Çauşeskunun aqibətini xatırlayın”, – aksiyada çıxış edən “Donbas” taborunun Katana ləqəbli döyüşçüsü deyib.

Aksiya iştirakçıları prezidentdən antikorrupsiya məhkəməsi haqqında qanun layihəsini Ali Radaya göndərməyi də tələb edib

Boyukmillet.com

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir