Bazar , 8 Mart 2026
Drone Cameras

Sloveniyada prezident seçkiləri keçirilir

Bu gün Sloveniyada prezident seçkiləri keçirilir.

1,7 milyondan çox seçicinin səs verəcəyi 3 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 19.00-a qədər açıq olacaq.

Seçkinin favoriti hazırkı dövlət başçısı Borut Paxor sayılır. Analitiklər B. Paxorun qələbə qazanacağına şübhə etmir, yalnız onun seçicilərin 50 faizindən çoxunun səsini qazanaraq birinci turda, yaxud ikinci turda qələbə qazanacağı müzakirə mövzusudur.

“Ninamedia” sorğu şirkəti namizədlər arasında populyarlığına görə 19,6 faizlə ikinci yerdə keçmiş komediya aktyoru, Kamnik şəhərinin meri Maryan Şaretsin, üçüncü yerdə 10,6 faizlə sağ-mərkəzçi Sloveniya Demokrat Partiyasının namizədi, Avropa Parlamentinin üzvü Roman Tomtsın qərarlaşdığını açıqlayıb

Boyukmillet.com

Check Also

Trampdan İran açıqlamaları: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir