Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Prezident ARDNF-nin gələnilki büdcəsini təsdiq edib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsini təsdiq edib.

Boyukmillet.com xəbər verir ki, gələn il ARDNF-nin büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26,1% az – 12 073,3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8,9% çox – 12 900,2 milyon manat olacağı gözlənilir.

2024-cü ildə ARDNF-nin gəlirlərinin 8 146,2 milyon manatını və yaxud 67,5%-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 3,6 milyon manat, trazitdən 24,2 milyon manat, bonus ödənişlərindən 767,2 milyon manat, vəsaitinin idarə olunmasından isə 3 132 milyon manat gəlir əldə edəcək.

Gələn il ARDNF-nin xərclərinin 12 781 milyon manatını və yaxud 99,1%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 33,5 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 47,5 milyon manat, özünün idarə edilməsinə isə 38,2 milyon manat xərcləyəcək.

Beləliklə, 2024-cü ildə ARDNF-nin büdcəsində 826,9 milyon manat kəsir yaranacaq (2023-cü ilin proqnozu 4 487,5 milyon manat qalıqdır).

Check Also

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev …