Bazar , 22 Noyabr 2026
Drone Cameras

Prezident: “Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”

“Vətən müharibəsi gedir. Yaxşı nəticələr var. Bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

“Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək. Artıq ilkin məlumatlar gəlib. İnşallah sona qədər bu haqlı davamızı davam etdirəcəyik. İşğalçıları torpaqlarımızdan qovacağıq”, – Prezident əlavə edib.

Check Also

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək “Vidal” aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz …