Cümə , 26 Aprel 2024
Drone Cameras

Prezident iki sərəncam imzaladı

Prezident İlham Əliyev iki sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Vahid Novruzovu Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edib.Vahid Novruzov Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professordur. Sabah onun 70 yaşı tamam olur.Prezident başqa bir sərəncamla Əhməd Əhmədzadəni Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.Əhməd Əhmədzadə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir. Sabah onun 75 yaşı tamam olur.

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …