Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Prezident İlham Əliyev: “Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığının əməli nəticələrini görürük”

Sizi (Bolqarıstan Prezidenti Rumen Radev-red.) Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rumen Radev ilə videokonfrans formatında görüşündə bildirib.

X Qlobal Bakı Forumunda iştirak etmək üçün səfərinə görə Bolqarıstan Prezidentinə təşəkkür edən dövlətimizin başçısı deyib: “Sizin şəxsi iştirakınız Qlobal Bakı Forumunun səviyyəsini yüksəldir və əlbəttə əminəm ki, Siz bu beynəlxalq tədbirin potensialına mühüm töhfə verəcəksiniz. Həmçinin, Sofiyadakı görüşlərimizi də məmnunluqla xatırlayıram – keçən il rəsmi səfərim zamanı və interkonnektorun açılışı mərasimində. O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük”.

Check Also

ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi və Qərbi Asiya ölkələrində inklüziv və dayanıqlı artımın təmin edilməsinə …