“Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım”.
Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatı zamanı bildirib.
“Keçən il Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycanda rəsmi səfərdə idi. Bu il mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində də Davosda da görüşmüşdük. Bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadi ticarət sahəsində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək Biznes Forum bu istiqamətdə atılan önəmli addım olacaq. Biznes qurumlarının birgə fəaliyyəti əminəm ki, ticarət dövriyyəsinin artırılmasına da gətirib çıxaracaq. Onu da bildirməliyəm ki, hər iki tərəfdən çox böyük maraq var və Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçən ilin may ayında Bakıda da Litva-Azərbaycan Biznes Forumu keçirilib”, – dövlət başçısı vurğulayıb.
Azərbaycan lideri bildirib ki, litvalı həmkarı ilə regional məsələlərlə bağlı da fikir mübadiləsi aparıblar:
“Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım”.