Bazar , 23 Fevral 2025
Drone Cameras

Prezident İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Moskva şəhərində Rusiyanın TASS İnformasiya Agentliyinin ofisi qarşısında “TASS və AZƏRTAC-ın kadrları ilə Rusiya və Azərbaycanın 30 illik diplomatik münasibətləri” adlı sərgi ilə tanış olublar.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısını TASS İA-nın Baş direktoru Sergey Mixaylov və bir sıra rəsmi şəxslər müşaiyət edib.

TASS ilə AZƏRTAC-ın birgə layihəsi olan sərgidə Azərbaycanla Rusiya arasında dostluğun, siyasət, iqtisadiyyat, hərb, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığın yaxın tarixini əks etdirən 20-dək şəkil nümayiş olunur.

TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman ali qonaqlara sərgidəki fotolar haqqında məlumat verib.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …