Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Prezident İlham Əliyev slovakiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovaya təbrik məktubu ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan-Slovakiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim rifah və firavanlıq diləyirəm”.

Check Also

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonu qəbul edib. …