Cümə axşamı , 19 İyun 2025
Drone Cameras

Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com -un məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Check Also

Milli Məclis Azərbaycanda kazinoların fəaliyyətinə icazə verməyə hazırlaşır

Kazino oyunlarının təşkili üçün lisenziya almaq istəyənlər 340 000 manat dövlət rüsumu ödəməlidirlər Milli Məclis …