Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Prezident Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com-un məlumatına görə, sənəd Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq hökumətin istefa verməsi ilə əlaqədar imzalanıb.

Sərəncama əsasən, hökumətin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi əvvəlki tərkibə həvalə edilib.

Check Also

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəridən yola düşdü

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” …