Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Prezident Ofisi: “Avropa İttifaqı Ukraynaya daha çox silah verəcək”

“Avropa İttifaqı Ukraynaya daha çox silah verəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün nəticəsində qurumun 27 ölkəsi Ukraynaya silah tədarükünü dəstəklədi. Avropa İttifaqı sürətlənir. Lakin biz daha da sürətli olmalıyıq”, – o söyləyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Ukrayna Mariupolu blokadadan çıxarmaq və bu müharibəni daha tez bitirmək üçün hələ lazım olan qədər silah almayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …