Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Prezident Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayırıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com-un xəbərinə görə, Sərəncamla Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Check Also

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev …