Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Prezidentin Naxçıvandakı nümayəndəsi Ordubad sakinlərinin şikayətini dinləyib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.

Boyukmillet.com xəbər verir ki, səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Bildirilib ki, bugünkü görüşdə sakinlərin problemlərini, üzləşdikləri çətinlikləri dinləyəcəyik.

Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.

Görüşdə bildirilib ki, problemlər qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Görüşdən sonra Ordubad şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …