Cümə , 22 Noyabr 2024
Drone Cameras

Prokuror qanunsuz silahlı birləşməyə qoşulan azərbaycanlılara 6 ay həbs cəzası istəyib

Prokuror qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Mənsur Cumayev və Nəsir Cahangirovun 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Boyukmillet.com  xəbər verir ki, dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin 2021-ci ildə keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Belə ki, istintaqla Azərbaycan vətəndaşları – 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.

Aparılan araşdırmalara əsasən məlum olub ki, M.Cumayev və N.Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər.

Faktla bağlı M.Cumayev və N.Cahangirov Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edib və səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …