Cümə , 22 Noyabr 2024
Drone Cameras

Prokurorluq Bakı sakininin güllələnərək öldürülməsi ilə bağlı məlumat yayıb

Dekabrın 10-da Suraxanı rayonu Binə qəsəbəsi sakini Allahverdi Mirzəyevin yaşadığı evin həyətində odlu silahla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Boyukmillet.com xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişin qayını Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Allahverdi Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …