Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Putin ilə Tokayev enerji və logistika sahəsində əməkdaşlığı müzakirə ediblər

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev telefonla iki ölkə arasında, xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ticari-iqtisadi, enerji və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə edilib”, – məlumatda qeyd edilib.

V.Putin və K.J.Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının iyul sammitinə hazırlıq və digər beynəlxalq mövzuları da müzakirə ediblər:

“Bəzi beynəlxalq mövzulara, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iyulda Astanada keçirilməsi planlaşdırılan iclası ilə bağlı hazırlıq məsələsinə də toxunulub”, – məlumatda deyilir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …