Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Putin prezident seçkilərində debatlarda iştirakdan imtina edib

Rusiya Prezidenti Vladimir Putin prezident seçkilərində debatlarda iştirakdan imtina edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Bildirilib ki, MSK-ya prezidentliyə namizəd Vladimir Putinin debatlarda iştirakdan imtina etməsi barədə müraciət daxil olub.

Rusiyada martın 15-dən 17-dək keçiriləcək seçkilərdə prezident vəzifəsi uğrunda dörd namizəd mübarizə aparacaq.

Bunlar Rusiya MSK tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi təsdiqlənmiş hazırkı prezidenti Vladimir Putinin, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski, Kommunist Partiyasından Nikolay Xaritonov və Yeni İnsanlar Partiyasından Vladislav Davankovdur.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq …