Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Putin üç ölkə sakinləri üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib

Rusiya Prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova sakinlərinə Rusiya vətəndaşlığının qəbulunu sadələşdirən fərman imzalayıb.

Boyukmillet.com bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına qəbul üçün ərizə ilə yanaşı, yaşayış icazəsi və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.

Qazaxıstan və Moldova vətəndaşları üçün ərizə verərkən ölkədə müəyyən edilmiş yaşayış müddətinə (beş il) riayət etmək, Rusiya tarixini və qanunvericiliyini bilmək məcburi olmayacaq. Ancaq rus dilini bilmək tələbi onlar üçün hələ də qalır. Bu ölkələrin vətəndaşları da rus dilini bilmələrini təsdiq edən sertifikat təqdim etməlidirlər.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …